Uşaq olduğumuz vaxt "gerçək"lərdən xəbərimiz yox idi.Bizlər hər şeyə inanırdıq.Eynən həmişe yaşamağı düşündüyùmüz kimi.Hətta mən uşaqkən Tanrı olmaq haqqda düşünürdüm.Hardan bilıydim ki nəinki tanrı,heç nəfsimə tanrı ola bilməyəcəm.Böyüdükcə gerçəkləri gördük və ilk qorxunu hiss etdik.Bəli,qorxu.Qorxu nədir əslində?Qorxu gerçəklərin yalanlara çevrilməsidir bəzən.."GERÇƏK"-həyatımızın qığılcımıdır,qığılcım çox olarsa həyatımız cəhənnəmtək yanar.Cəhənnəmi "Gerçək"ləri daha çox eşələməklə qazanmaq olar."Gerçək" sənə daha yaxın olar,əgər sən də onu istəsən. Sən istə o sənə addımlar. Qarşı-qarşıya gələrsiniz,susqunluq çevrənizdədir. Həyatını sənə danışar gerçək. Ağlayarsan,o səni ağladar,arzu edərsən-ölümü arzu edərsən. Kaş daş olaydım deyəcək qədər bezərsən ondan. O isə sənə daha da yaxınlaşar,danışma demək istəyərsən amma dilin yoxdur. Ağzını istifadə edə bilmirsən,çünki o " Gerçək" danışmağa başladımı bir də susmaz dost. Sus!
Axı niyə?!? Gərək deyil-eşitmək istəmirəm. Məni zəhərləyənlərin kimliyini istəmirəm,kapitalizmin bizi necə zorlamasını eşitmək istəmirəm-demək istəyərsən. Bəsdir!-deyə bilməmək. Bu hiss tam fərqli bir hisdir.Biz əslində "Gerçək"lərdən qorxmalıyıq.Çünki o bəzən elə qorxulu olur ki,insan olduğumuzdan utanarıq. Bəli,bizlər bəlkədə çoxundan xəbərdarıq,insanlığımızdan xəbərdarıq. Amma uşaqkən futbol oynadıqda qaydanı pozduğumuzu heç vaxt boynumuza almadığımız kimi bu gerçəkliyi-insanlıqda olduqca çox uzaqda qoyduğumuzu boynumuza almaq istəmirik,elə hey öz içimizdə mübarizədəyik. Düşündünmü - Gerçəklər danışsa nələr baş verər? Məncə yox. Elə isə düşün.
Əli Baba
Hiç yorum yok:
Yorum Gönder