22 Ekim 2013 Salı

İşimiz çoxdur


Bəzən ümidlər şüurumuza güc gələ bilmir,sadəcə ümid edir,həyatımızı bu ümid üzərində qururuq . Çünki yaşamağa bir səbəb,səbəbçün ümid lazımdır,hər şey yaxşı olacaq ‘ ümidi . Amma bu gün çoxumuz olmayacaq duaya(ən azından biz belə düşünürük) amin demirik. Həyata ümidlə baxmaq o qədər acizləşib ki,ümidi olan şəxsə aciz hesab edirlər
….
Qarabağ qayıdacaq-boş bir ümiddir deyənlərin sayı artıb,əslində başa düşmək olar . 20 il az müddət deyil. Amma düşündürùcü bu deyil,əsl düşünməli olduğumuz : niyə bu qədər ümidsizik? Yəni bu qədərmi zaman dəyişib . Evini tərk edərkən bağladığı darvazanın açarını saxlayan qoca nənə qədərdəmi ümid qalmıyıb? Bəli,tam 20 ildir ümidlə qayıdacağına inanan 60-70 yaşlarda nənə hələ də qayıdıb darvazanı o açarla açağına və evinə qayıdacağına ümid etməklə səhvmi edir !? Yoxsa bunu sadəcə sevgimi adlandıraq. Doğrusu qeyri real halı ümid etmək dəlilikdir demək keçir ağlımızdan(Hərçənd real olma imkanı var),amma 20 ildir gözləyən insana dəlisən demək mümkündürmü,əsla yox.
Biz də ümid edək,ümidlə baxan gözlərə işıq olaq,hər kəs ümid etsin[sevsin] ki,Tanrı ümidlə baxan gözləri yaşlı qoymasın .Məgər bu çətindir !? Mənə elə gəlir ki yox.Əgər çalışsaq niyə etmirik ki,bacararıq məncə. Niyə mən deyə düşünürük. Deməli düzəldiləsi ilk şey nədir?
-Düşüncələrimiz. Bəli onları dəyişməli ,ruhumuza hopmuş qorxunu məhv etməliyik,tələsməliyik həmdə. Addım atmalı ,dayanmamalıyıq. Susmamalı,yeri gəldikdə danışmalı,lazımı vaxt isə susmalı. Çox işimiz var. Çox.

Hiç yorum yok:

Yorum Gönder