24 Ekim 2013 Perşembe

Qara düşüncə


Müsəlmanlığımıza yazığım gəlir düzü. Axı insanlar niyə bu qədər adi düşünə bilir? Nə bilim pomidorda Allah yazılıb,qoyun üstündə Allah yazısı ilə dünyaya gəlib,ay nə bilim bütün ev yandı Quran yanmadı kimi aldatmacalar sadəcə müsəlmanların necədə kiçik düşündüyünü göstərir elə deyil !? Belə kiçik düşünməkdən nə vaxt əl çəkəcəklər bu “müsəlmanlar”? Müsəlman dedikdə təbii ki ümumən danışmıram,çünki əminəm ki düzgün düşünən insanlar var və onlar belə "müsəlmanlardan" deyillər.


Çox gülməli deyilmi?-pomidorun içində Allah yazısı axtarmaq və bu yazını gördükdə-" hə bu möcüzədir" demək? Möcüzə deyə bir şeyin olmadığını bilməyənlər üçündür sözüm-möcüzə izahını verə bilmədiyimiz hadisələrə verdiyimiz müvəqqəti bir addır. Elə deyilmi? Hansı ki vaxtilə Hz.İsanın dünyaya gəlişini möcüzə adlandırırdılar. Elm irəlilədikcə insanlar xurafat düşüncələrdən uzaqlaşmalıdırlar. Əgər uzaqlaşmırlarsa cahillik bataqlığında batacaqlar. Ona görə də belə ucuz oyunlardan,kiməsə nəyisə sübut etməkçün “pomidordan xiyardan” istifadə etməyə dəyməz,bu müsahibində heç vaxt heyrət doğurmaz əksinə sənə olan düşüncəsi dəyişər və daha səni dinləməz. Ancaq təəssüf ki bu metodun geridə qalmış və sadəcə cahil olduğunun sübutu kimi istifadə olunar.





İnsanlıqdan uzaqda

 İslam peyğəmbəri gəldikdən sonra ilk görəvlərindən başlıcası insanları cəhalət bataqlığından xilas etmək idi,onları cahillikdən kamilliyə aparan yolda çıraq oldu. Ancaq insan sözü altında yatan anlamlardan biri də unutqanlılıqdır. Bəli belə də olmuşdu.Peyğəmbər vəfat etdikdən bir müddət sonra insanlar peyğəmbərin onları xurafatdan və cəhalətdən döndürməsinə rəğmən  yenidən bunlara üz tutdular. Bəli,indi bir az fərqli olsa da mahiyyət etibarı ilə eyni cür edirdilər,əvvəllər həm dillərində həmdə əməllərində çoxallahlığı qəbul edirdilərsə artıq sadəcə ürəkdə bu xislət və ya cəhalət qalırdı. Hz.Əli bunları görüb belə dediyini bir yerdə oxumuşdum: " İslam paltarı tərs geyinildi " Bəli bu belədir.

Cahiliyyət dönəmi geri döndü
 Əvvəllər uşaqlar diri diri basdırılırdısa indi abort edilir.İnsanlar daha da azqınlaşdı. Köləlik qalxdı köləlik gəldi. Əvvəllər boyunlarında zincirli olanlardan fərqli olaraq indi ki kölələrin boyunlarında sadəcə bankların görünməz zəncirləri durur. Azadlıq sadəcə lüğətdə termin kimi istifadə edilir,kiməsə mən azadam dedikdə sadəcə sənə gülər. Bu belədir,zaman çox tez dəyişdi və insanlar insanlıqdan uzaqlaşdılar. Ortalama hesabla dünyada hər səkkiz saniyədə bir uşaq susuzluqdan ölür. Bu rəqəm adi bir rəqəm deyil.Hər il milyardlarla 
dollar pul hərbi sənayeyə sərf olunur,halbuki bu məbləğlə bütün dünyanı aclıqdan və susuzluqdan xilas olar. Yadımdadı susuzluq haqqında bir məqalə oxumuşdum. Bir layihə var idi,ancaq büdcəsi çox olduğundan ələ də həyata keçirilmir. Layihə şimal buzlu okeanında sərbəst üzən aysberqləri xüsusi gəmilər və soyuducular vasitəsilə Afrika qitəsinə çəkib gətirsinlər. Təbii ki heç kim bu məbləği boynuna götürmədi. Yalnız dualarında( o da bəlkə, 0,2 ehtimalla) onlara yardım edən ərəb şeyxləri özləri üçün suyu Danimarkadan təyyarələrlə gətirirlər(lənətə gəlmişlər)
 Birlik lazımdır-ancaq biz hələ də müsləman(şiə sünni) xristian yəhudi və s. dinlərin mənsublarına bölür,insanıq biz bir olaq demirik. Axı naqis və nadanlarla necə bir olasan!? Axı bu  birgəlik sadəcə xülyadır. İnsanların xülyası. Babəkin xülyası-hər kəs bərabər olsun xülyası.
Əlbət bir gün işıqlı bir səhər gələcəkdir.



Hələ də Kapitalizm insanlığı təcavüz edir və dünya birliyi hələ də bu təcavüzə dözür.








                                                                             
Əli Baba

Hiç yorum yok:

Yorum Gönder