24 Kasım 2013 Pazar

Bir saat və buraxdığı izlər

   Zaman zaman müxtəlif tədbirlərdə iştirak etməyin insan psixologiyasına müsbət təsir etdiyi ilə bağlı nə isə oxuduğum yadıma gəlir. Bunu nəzərə alaraq dostlarımın təşkil etdiyi bir tədbirdə iştirak etmək fikrində idim. Bu xeyriyyə işi olduğundan bu işə qoşulmağı özümə borc bildim. Məqsəd müəyyən miqdarda pul toplayıb uşaq evlərindən birinə ziyarət idi. İki günlük bir axtarışdan sonra nəhayət gediləcək yer dəqiqləşdirilmişdi. Nə lazımdırsa aldıqdan sonra bir baş Yeni Günəşlidə yerləşən 2 saylı Uşaq evinə yollandıq. 2-5 yaşlı uşaqlarla görüş həqiqətəndə möhtəşəm oldu. O mənzərə qarşısında çoxunun içində mərhəmət hissi oyandı və bir anlıq olduqları vəziyyətə şükür etdilər. Bir sual yaranırdı,axı belə gözəl uşaqları kim və niyə tərk etsin. Bu uşaqları tərk edən o kimsələrin nə düşünüb bunu etdiyini anlamaq çətin idi.

10 Kasım 2013 Pazar

Qayğı

Çoxları dövlət qayğısının yoxluğundan danışır. Bəli hərdən mən də bu fikirlə razılaşmalı oluram,çünki insan psixologiyasında var,100 yaxşı olsun bir pis varsa onu dərhal tənqid edir və yüz yaxşını unudur. Hərdən hardasa uçuq bina və ya təmirə ehtiyac olan məktəb görəndə içəridən bir ah çəkmək gəlir sanki ölkədə başqa bütün məktəblər belədi.

9 Kasım 2013 Cumartesi

Beyinsizlər Ordusu

Hər gün yeni bir tip insanla tanış olmaq mənimçün bir hobbiyə çevrilib deyəsən. Çox vaxt Tanrıya şükür üçün bəzi zamanlar isə özümdən utanmağıma xeyir edir. Hə bunlar içərisində musiqili meyxana adı verdikləri musiqilərə (musiqi demək mümkündürsə) qulaq asanlar diqqətimi çəkmişdir,doğurdanda qəribədir. Axı damarlarımı kəsəcəm dedikdən daha sonra isə "aşura" deyən,hallanmaqdan iynədənən danışanlara qulaq asan "kəsimin" halı necə olacaq?-Hətta bəziləri var ki həbsxana həyatını sanki təriflərmiş kimi ondan bəhs edir və daha çox az yaşlıları cəlb edir,beləliklə beyinsizlər ordusunun təməli qoyulur.Əllərində təsbeh boynunda dua barmağında əqiq üzüyü olan amma küçədən qız keçdikdə it kimi ağzının suyunu axıdanlara nə ad vermək olar?