Hər gün yeni bir tip insanla tanış olmaq mənimçün bir hobbiyə çevrilib deyəsən. Çox vaxt Tanrıya şükür üçün bəzi zamanlar isə özümdən utanmağıma xeyir edir. Hə bunlar içərisində musiqili meyxana adı verdikləri musiqilərə (musiqi demək mümkündürsə) qulaq asanlar diqqətimi çəkmişdir,doğurdanda qəribədir. Axı damarlarımı kəsəcəm dedikdən daha sonra isə "aşura" deyən,hallanmaqdan iynədənən danışanlara qulaq asan "kəsimin" halı necə olacaq?-Hətta bəziləri var ki həbsxana həyatını sanki təriflərmiş kimi ondan bəhs edir və daha çox az yaşlıları cəlb edir,beləliklə beyinsizlər ordusunun təməli qoyulur.Əllərində təsbeh boynunda dua barmağında əqiq üzüyü olan amma küçədən qız keçdikdə it kimi ağzının suyunu axıdanlara nə ad vermək olar?
-sadəcə beyinsiz yığını. Tanrının sadəcə olaraq say düz olsun deyə yaratdığı məxluqlar təşkilatı qurulsa idi,bu təşkilatın fəallarının sayı olduqca çox olardı. Hələ arağı "ya Allah" deyərək içənləri demirəm. Bu sıraya fərqlənmək üçün özlərinə ateist deyən gicbəsərləri də aid etmək olar elə deyil? Klaviatura cəngavərlərini də bu listə aid etsək heç də yanılmarıq. Heç onlarsız olar məgər? Onlar Qarabağı alıblar, fələstinliləri xilas ediblər, Çinə nota veriblər ki bəsdirin uyğurları qırdınız,əşi onlar artıq dünyanı xilas da etməyə hazırdırlar,bircə monitor qarşısından çəkilməsinlər. Adamlar enerjini burdan alırlar,xüsusi bir şüa olmasa heç zad edə bilməzlər. Zad dedim yadıma düşdü ermənilərin Xocalı aeroport söhbəti nə oldu? Hə aydındır məsələ. Hərhalda bu məsələni də onlar həll etdi,bircə dəfə facebook-da nota verdilər ki dayanın adə neyniyirsiz,ora bizim torpaqdı,yoxsa kökünüzü kəsərik,-dedilər. Siz bilirsiniz qəhrəmanlarımızı-bütün Azərbaycanın ucaları,Qarabağı bircə statusları ilə azad edən ordumuz-facebook ordumuz və ya digər universal adı ilə klaviatura cəngavərləri. 100% bu işin də arxasında onlar var. Başqa kim ola bilər ki. Sarı-kis-yan sosial şəbəkələrdəki Azərbaycanlıların cəsarətini görüb qorxdu. Halal olsun bizimkilərə-görün də neylədik. Az qalıb sayımız artsın sosial şəbəkələr də,Qarabağı da qaytaracağıq Təbrizi də İrəvanı da. Bizə nə vare-istəsək dünyaya səs salarıq,təbii sərvətimiz monitor klaviatura qəhrəmanlarına halal olsun!
İstisnalar da var yoldaşlar.
Amma özlərindən ibrət aldığım kimsələrdə vardır. Belə ki onlar sadəcə olaraq insana yaşamağa stimul verir və insanı həvəsləndirir,nəyə desən səni yönəltməyə qadirdir,təbii ki bunu yalnız və yalnız öz dürüstlükləri,doğruluqları və xəyanət etməyəcək quruluşları ilə göstərirlər. Bəli onlar sadəcə olaraq ibrət almaq üçün varlar. Günün yarısını işləyən boş zamanını isə mütaliə ilə keçirən gənclər də var. Bu gün mütaliə etmək istəyənlərin sayı olduqca azalıb,bu isə bizi geriyə aparır məncə.
Hiç yorum yok:
Yorum Gönder