Zaman zaman müxtəlif tədbirlərdə iştirak etməyin insan psixologiyasına müsbət təsir etdiyi ilə bağlı nə isə oxuduğum yadıma gəlir. Bunu nəzərə alaraq dostlarımın təşkil etdiyi bir tədbirdə iştirak etmək fikrində idim. Bu xeyriyyə işi olduğundan bu işə qoşulmağı özümə borc bildim. Məqsəd müəyyən miqdarda pul toplayıb uşaq evlərindən birinə ziyarət idi. İki günlük bir axtarışdan sonra nəhayət gediləcək yer dəqiqləşdirilmişdi. Nə lazımdırsa aldıqdan sonra bir baş Yeni Günəşlidə yerləşən 2 saylı Uşaq evinə yollandıq. 2-5 yaşlı uşaqlarla görüş həqiqətəndə möhtəşəm oldu. O mənzərə qarşısında çoxunun içində mərhəmət hissi oyandı və bir anlıq olduqları vəziyyətə şükür etdilər. Bir sual yaranırdı,axı belə gözəl uşaqları kim və niyə tərk etsin. Bu uşaqları tərk edən o kimsələrin nə düşünüb bunu etdiyini anlamaq çətin idi.Ailələr var ki illərlə övladları olmur və övlad üzünə həsrətdirlər və ailələr də var ki....
Daxil olduğumuz otaqdan uşaqlara xas qoxunun gəlməsi bizi həm xoşbəxt edir həm də cənnət qoxusunu duymağımıza şərait yaradırdı. Axı uşaq qoxusundan gözəl hansı qoxu var ki?!? Alınan hədiyyələr və oyuncaqlar paylanarkən onların üzündə yaranan kiçik bir təbəssüm belə bizi sevindirir,dünyalar sanki bizə verilirdi. Müxtəlif xasiyyətli uşaqlarla rastlaşacağımı zənn etməzdim. İlk içəri girdikdə küncdə səssizliyə qərq olmuş ayaqlarını qabağa uzatmış halda oturan və heç gülməyən 2 yaşlı qız uşağı nəzərimi cəlb etdi. Doğrudur yaşı olduqca kiçik idi amma gözlərində bu həyata hazır olduğunu duymaq olardı. Heç nəyə can atmır,heç kimlə danışmaq fikri də yox idi,digər uşaqlardan fərqli olaraq oyun oynamaq kimi fikri yox idi. Kiçik hədiyyə paketini götürüb yanına getdim və yerdə oturdum.Amma heç paketə də baxmadı. Çox qəribə bir hal yaranmışdı. Nə bilim bəlkə də utanırdı. Çox güman ki utanırdı. Bir müddət ismini öyrənməyə çalışsam da mən də alınmadı. Daha sonra digər uşaqlara başım qarışdığından o qızı unutdum. Ancaq bir sürə sonra onunla oynayan qrup yoldaşımı gördüm. Bu əslində məni sevindirirdi. Uşaqlar içərisində ehtiyat yığanlarda var idi,bölüşənlər də var idi,anı yaşayanlarda. Utananları heç demirəm. Təxminən saat ikinin yarısından saat üçün yarısına kimi onları sevindirməyə xoşbəxt etməyə çalışdıq. O bir saatın necə keçdiyini anlamadıq və bir də xəbər verdilər ki uşaqların yatmaq vaxtıdır. Görüş müddəti bitdi. Bəli,yavaş yavaş sonlandırmalı və oranı tərk etməli idik. Ancaq təbii ki bu o qədər də asan olmadı. Bir saat müddətin bizlərin qəlbində necə bir iz qoyduğunu sadəcə onu yaşayanlar bilər. Biz də bunu yaşadıq. Uşaqlardan biri(ismi Azər idi) dostumun boynundan yapışıb getməməyimizi istəyirdi. Uşağa yenidən gələcəyimizə dair söz verdikdən sonra razılaşdı,ancaq yenə də nə isə itirmiş kimi idi...
Çıxarkən bizimlə sağollaşan uşaqlardan biri belə bir sual verdi – Bir də nə vaxt gələcəksiniz?
Hiç yorum yok:
Yorum Gönder