10 Kasım 2013 Pazar

Qayğı

Çoxları dövlət qayğısının yoxluğundan danışır. Bəli hərdən mən də bu fikirlə razılaşmalı oluram,çünki insan psixologiyasında var,100 yaxşı olsun bir pis varsa onu dərhal tənqid edir və yüz yaxşını unudur. Hərdən hardasa uçuq bina və ya təmirə ehtiyac olan məktəb görəndə içəridən bir ah çəkmək gəlir sanki ölkədə başqa bütün məktəblər belədi.
Halbuki hər il onlarla yeni məktəb istifadəyə verilir,amma nədənsə heç kim bunu göz qabağına gətirib fikir bildirmir. Bu yaxınlarda bir xeyriyyə işinə dəvət edildim və qəbul etdim,işimiz uşaq evlərinə gedib uşaqlarla maraqlanacaq və seçdiyimiz bir uşaq evinə ziyarət edəcəkdik. Doğrudur çox seçimimiz olmadı,ancaq seçim qarşısında qaldığımız uşaq evləri həqiqətəndə yüksək standartlara cavab verirdi. Bunlardan Rüstəm Rüstəmov 66 ünvanında yerləşən 1 saylı uşaq evini misal çəkə bilərəm. Həqiqətən də uşaq evini gördükdə orda yaşayanların necə bir həyat yaşadığını fikirləşdikdə onların yerinə olmaq istədik. Dövlət tərəfindən təmir olunmuş,yüksək standartlara cavab verirdi. Hətta heç bu uşaqlara yardıma gərək yoxdur,gedək öz günümüzə ağlayaq deyə fikirlərdə beynimizdən keçmədi deyə bilmərəm,çünki həqiqətəndə ilk baxışda heç nəyə ehtiyacı yoxdur kimi düşündük. Məsul şəxslə görüşdükdə də bunun şahidi olduq,o bizə əslində hər bir şeylə təmin olunduqlarını vurğuladı. Bunu yazmaqda məqsədim hər şeyə düzgün bir qiymət verilməsini istəməyimdir,bəli bəzən çatışmamazlıqların şəxsən şahidi oluruq. Ancaq bunu düzəltməyə çalışmadıqca elə olduğu kimi də qalacaqdır. Əgər nəyisə dəyişmək istəyirsənsə əvvəl dəyişməli olduğun özünsən. Bu belədir,bəli bəli bu tamamilə belədir...

Hiç yorum yok:

Yorum Gönder