24 Kasım 2013 Pazar

Bir saat və buraxdığı izlər

   Zaman zaman müxtəlif tədbirlərdə iştirak etməyin insan psixologiyasına müsbət təsir etdiyi ilə bağlı nə isə oxuduğum yadıma gəlir. Bunu nəzərə alaraq dostlarımın təşkil etdiyi bir tədbirdə iştirak etmək fikrində idim. Bu xeyriyyə işi olduğundan bu işə qoşulmağı özümə borc bildim. Məqsəd müəyyən miqdarda pul toplayıb uşaq evlərindən birinə ziyarət idi. İki günlük bir axtarışdan sonra nəhayət gediləcək yer dəqiqləşdirilmişdi. Nə lazımdırsa aldıqdan sonra bir baş Yeni Günəşlidə yerləşən 2 saylı Uşaq evinə yollandıq. 2-5 yaşlı uşaqlarla görüş həqiqətəndə möhtəşəm oldu. O mənzərə qarşısında çoxunun içində mərhəmət hissi oyandı və bir anlıq olduqları vəziyyətə şükür etdilər. Bir sual yaranırdı,axı belə gözəl uşaqları kim və niyə tərk etsin. Bu uşaqları tərk edən o kimsələrin nə düşünüb bunu etdiyini anlamaq çətin idi.

10 Kasım 2013 Pazar

Qayğı

Çoxları dövlət qayğısının yoxluğundan danışır. Bəli hərdən mən də bu fikirlə razılaşmalı oluram,çünki insan psixologiyasında var,100 yaxşı olsun bir pis varsa onu dərhal tənqid edir və yüz yaxşını unudur. Hərdən hardasa uçuq bina və ya təmirə ehtiyac olan məktəb görəndə içəridən bir ah çəkmək gəlir sanki ölkədə başqa bütün məktəblər belədi.

9 Kasım 2013 Cumartesi

Beyinsizlər Ordusu

Hər gün yeni bir tip insanla tanış olmaq mənimçün bir hobbiyə çevrilib deyəsən. Çox vaxt Tanrıya şükür üçün bəzi zamanlar isə özümdən utanmağıma xeyir edir. Hə bunlar içərisində musiqili meyxana adı verdikləri musiqilərə (musiqi demək mümkündürsə) qulaq asanlar diqqətimi çəkmişdir,doğurdanda qəribədir. Axı damarlarımı kəsəcəm dedikdən daha sonra isə "aşura" deyən,hallanmaqdan iynədənən danışanlara qulaq asan "kəsimin" halı necə olacaq?-Hətta bəziləri var ki həbsxana həyatını sanki təriflərmiş kimi ondan bəhs edir və daha çox az yaşlıları cəlb edir,beləliklə beyinsizlər ordusunun təməli qoyulur.Əllərində təsbeh boynunda dua barmağında əqiq üzüyü olan amma küçədən qız keçdikdə it kimi ağzının suyunu axıdanlara nə ad vermək olar?

24 Ekim 2013 Perşembe

Qara düşüncə


Müsəlmanlığımıza yazığım gəlir düzü. Axı insanlar niyə bu qədər adi düşünə bilir? Nə bilim pomidorda Allah yazılıb,qoyun üstündə Allah yazısı ilə dünyaya gəlib,ay nə bilim bütün ev yandı Quran yanmadı kimi aldatmacalar sadəcə müsəlmanların necədə kiçik düşündüyünü göstərir elə deyil !? Belə kiçik düşünməkdən nə vaxt əl çəkəcəklər bu “müsəlmanlar”? Müsəlman dedikdə təbii ki ümumən danışmıram,çünki əminəm ki düzgün düşünən insanlar var və onlar belə "müsəlmanlardan" deyillər.

23 Ekim 2013 Çarşamba

Gerçəklər danışsa...


Uşaq olduğumuz vaxt "gerçək"lərdən xəbərimiz yox idi.Bizlər hər şeyə inanırdıq.Eynən həmişe yaşamağı düşündüyùmüz kimi.Hətta mən uşaqkən Tanrı olmaq haqqda düşünürdüm.Hardan bilıydim ki nəinki tanrı,heç nəfsimə tanrı ola bilməyəcəm.Böyüdükcə gerçəkləri gördük və ilk qorxunu hiss etdik.Bəli,qorxu.Qorxu nədir əslində?Qorxu gerçəklərin yalanlara çevrilməsidir bəzən.."GERÇƏK"-həyatımızın qığılcımıdır,qığılcım çox olarsa həyatımız cəhənnəmtək yanar.Cəhənnəmi "Gerçək"ləri daha çox eşələməklə qazanmaq olar."Gerçək" sənə daha yaxın olar,əgər sən də onu istəsən. Sən istə o sənə addımlar.

22 Ekim 2013 Salı

İşimiz çoxdur


Bəzən ümidlər şüurumuza güc gələ bilmir,sadəcə ümid edir,həyatımızı bu ümid üzərində qururuq . Çünki yaşamağa bir səbəb,səbəbçün ümid lazımdır,hər şey yaxşı olacaq ‘ ümidi . Amma bu gün çoxumuz olmayacaq duaya(ən azından biz belə düşünürük) amin demirik. Həyata ümidlə baxmaq o qədər acizləşib ki,ümidi olan şəxsə aciz hesab edirlər